Həcər Paşayeva: Hörmətli Tariyel müəllim, çupan-çapankara tayfaları haqda bilgilərinizi qısa da olsa, yazmanızı xahiş edirəm. Bu, böyük, qədim bir tayfanın araşdırılmasında əvəzsiz xidmət olardı. Əvvəlcədən təşəkkür edirəm.
Dr. Tariyel Azərtürk
I
Üç – dörd min il bundan qabaq Türkiyənin indiki Hatay ilçesi Ete adlanıb və u ilçe-ölke Hetit (sonralar Lidiya) imperiyası ilə u vaxtlar şimala doğru genişlənmiş Babilistan imperiyası arasında olub. Türkcə sirrini açdığım iki mixi yazılı mətndə ora ETE ELİ adlanır. Və türkün yaşadığı ölkə olub. Suriyanın bizim ləhcədə danışan Türkmənlər yaşayan indiki Türkməneli və ya Bayırbucaq bölgəsi də onun tərkibində olub.
Üçüncü min illikdə u münbit yerlərə Səudiyyə Ərəbistan qumlarından ərəblərin və arameylərin kütləvi axını olub. Arameylər müslüm ərəblərdən qabaq Suriyanın sahibi idilər. İndi Avropaya olan axın həmişə olub. Ərəblər özlərinə Ete elində yer eləyən kimi yerli türkü soyqırımına məruz qoyub. Evimizdə oturub bizi bir hey qıran qaraçı qonşular kimi. U soyqırımdan Babil şairi Şəmsi Ədəd Abi yana-yana yazır. U azman poemanı türkcə oxuyanda əsil tarixi gerçəklik məlum olur. Kişi böyük ürək ağrısı ilə bir qəhrəman adı çəkir və göynərti ilə deyir:
“Ulu Xan Bayat ulu, Çapan ki, u Mətim !..
Paah ! Uyuyur…
Çal müziyim, rah cam,
al qəm!
Samma hurrayam.”
Kaş deyir, Şair,
Ulu Bayat Xan Çapan olaydı! O mətinim!
Gör necə düşməndən qisasımı alardı?..
(300 ildə ilk kərə İlham Əliyev kimi).
Amma birdən yadına düşür sanki :
Pah, gör mənim yaddaşıma bax ee,
Bayat Xan Çapan ki, u dünyasında uyuyur…və bir cam raha (şəraba) və musiqiyə müraciət edir. Qəmini yumaq üçün. Əlavə edir, Nə olar, samma Hurrayam- yəni sıyığam, axar suyam. Mən özüm də düşmənin gözün oyaram.
Həmin Ulu Xan Bayat Çapan Füzulinin, Qacarların, Qarabağ sahibi Mehdiqulu Xanın, Xurşid Banu Natəvan Bayatın və gəncəli Cavad xanın, Səməd Vurğunun nəsli Vəkiloğullarının ən pikində duran ilk Mətin Bayat olub. Dediyiniz azacıq təhrifə vardırılmış Çupan və ya Çoban nəsillərinin də Çapandan enmələrinə şübhəniz olmasın. Bizim millət dünənini unutduqcan tarixi adları deformasiyaya uğradır da. Dünənini sevmir, sabahından xəbəri yoxdur. Qərbi və Şərqi Azərbaycanda onlarla Ete adlı toponimlərin hamısını və ya hamısını millət, min illərlə “it” sözü ilə əvəzləyib. Sonra da utanıb onları Gülüstan, Bostan adları ilə əvəzləyib və rüşvətsiz işləməmiş Sovet “iraykomlarının” əlilə tarixini sildiyinə sevinib. Sizin də əsli Babilana söykənmiş nəslinizin adı da elə.
II
Çapankara etnonimi də çox maraqlıdır. İlk cavabda ona əhəmiyyət vermədim. Amma termin çox ulu və çox maraqlı mətləblərdən xəbər verir. Azərbaycanda da, Türk dünyasında da heç kəs bilmir ki, adında Kara gəzdirən Türk etnosları – Karabağ, Karaçay, Karakaçan (Balkanlarda), Karapapak, Karakalpak və s – nəslən, əslən Ağ dəniz sahillərindən şərqə miqrasiya etmiş qədim Aralıq dənizi Turan türklərdir. Bizdə onu qara rəng kimi – sifət kimi qəbul edib vəziyyətdən çıxırlar. Amma u millətlərin heç biri qara deyil, əksinə, Aralıq dənizi Türk irqinə məxsus ağappaq avropoidlərdir. Onların əsil Vətəni vaxtilə Türkiyənin cənub- qərbində sahillərini Ağ dənizin suları yuyan KARİA adlanmış ölkə olub. Ora sərkərdə Ulu Xan Bayat Çapanın idarə etdiyi, dediyim Ete Elinə qonşu ərazidir. Millət Şərqə gəldikcə və zaman keçdikcə Karia’dakı i (iy) səsi düşüb, hamıya tanış və doğma olan QARA (rəng) sözünə çevrilib. Vətən Karia isə unudulub. Odur ki, ha axtarırlar u millətlərin etnogenezini müəyyən edə bilmirlər. Fəqət onların hamısı Herodotun Tirren və ya Tirsen adlandırdığı TURAN türkləridir.
Sizin ÇapanKaralar vaxtilə Çapan bayatlarından olub, hansısa tarixi təlatümdə Ete Elindən qonşuluqdakı KARİAİA köç edib və orada öz nəsil Bayat adlarına Karia əlavə olunub.
Ağ dəniz və Yunanıstan Turan türkləri arasına vəlvələ və təlatüm salanlar isə şimali Balkanlardan gəlmiş – 2800 il öncə- yunan tayfaları axeylər, dorilər, ionianlar və digərləri olublar. Və Yunanıstanın ilk sahibləri Pelasq türklərində nə varmış iqtibas ediblər. Homer dayı da onların dastanlarını İliada, Odissey adı ilə yunancaya çevirib, əbədilik özəlləşdirib.
Bax belə. Bizi Altaya aparan qüvvə türkün kökünü silməklə məşğul olan qüvvədir. İstəsəniz, sizin Bakıda mətbuatla əlaqələriz çoxdur, bunları bir yerdə çap etdirin. Elə lap u Kulis’də. Ya mənim dostum görkəmli jurnalist Asif Mərzilinin Təzadlarına verin. U an çapa təqdim edəcək. Əgər çapa alsalar daha geniş və elmi əsaslarla yazaram. Xəritədə Ete Eli və Karia türklərinin qərbə və şərqə miqrasiyası verilib.
Qoy millətin gözü açılsın.
Yazıqdır millət.
Qərbi Azərbaycandakı qədim yurd yerlərimizdən olan Çobankərə kəndi vardı. Babamın, digər mərd kişilərin, əsil xanım kimi xanımların kəndi. Bu kəndin adı çəkiləndə həmişə nəsə qəribə hisslər keçirirəm. Kəndin adının, kənd adında qorunub saxlanmış, lakin adları dəyişdirilmiş tayfaların mənşəyi ilə maraqlandığı üçün Həcər xanım Sizə, hörmətli Tariyel Azerturk müəllimə təşəkkür edirəm.
Tariyel Azərtürk
III
Sadıq Qarayev,
Bax deformasiyaya ən tutarlı bir misal gətirmisiniz, Sadıq bəy. Afərin. Qərbi Azərbaycanımızda həm özümüz, həm düşmən tərəfindən məhv edilən onlarla qədim TAYFA adlarımız olub.
ÇOBANKƏRƏ – nəyin ifadəsidir? ÇOBAN DƏFƏ`NİN? Əlbəttə yox ! İndi alın da alimlərimizdən soruşun, Qərb vətənimizdəki bu ad nə demək idi, müəllim? Yəqin yozacaq : ÇOBAN QARA olub, sonradan kənd camaatının dilində ÇOBAN KƏRƏYƏ enib.
Beləcə dərin tariximiz itib, itəcək.
Əslində, bu adda açıq-aşkar dediyimiz ÇAPAN-KARİA var.
ETE ELİNDƏ ULU XAN BAYAT ÇAPANDAN enənlərin dediyim KARİAİA köçündən alınan addır.
Troya müharibəsində qərbə, şərqə doğru pərən-pərən düşmüş
Pelasq, Lemnos, Ete Eli, Eteokipr, Eteokrit, Kumuk, Karia, Adri, Atik, Lelek (bəzi Amerika Hinduları), Retik və ya Raetik (Alp dağları), Turşa (Yegipetdən çıxma), Teker (Türkmənistanda Təkə), Tevkir (xoş cinsli), Urum (Pribaltikada Araim) türklərinin adları yoxdur heç yerdə.
“İynə ilə gor qaza-qaza” bunları bir-bir MİXİ YAZILARDAN, Herodotdan, Strabondan, Pliniydən, qədim xəritələrdən tapıb aşkar edə bilmişəm.
Onlar hamısı Yunanlar və Latınlar Balkandan sürüşüb gəlməmişdən indiki Yunanıstanın, Lemnosun, bizim Türkiyənin, Kiprin (qədim adı KETTİM olub), Kritin min illərlə sahibləri olublar. İndi Avropa tarixi yalnız Latın və Yunandan başlanan tarixdir. Onlardan qabaqkı tarixi qərb alimlərini sadəcə təəccübləndirir, axı yunanca yazmamış, danışmamış – amma yazıları qalmış bu aborigen xalq burada kim olub??? Qərbə gedən türklər ETRUSK OLDU, RETİK və ya RAETİK (Alp dağlarında) oldu, şərqə gələn ÇAPANLAR çoban, ETELİLƏR it oldular. Həmən Qərbi Azərbaycanda ETE ilə bağlı nə qədər yer adımız İTƏ çevrildi…







