27 Oktyabr 2022 / 07:43

XARKOVDA DEPUTAT RUSİYA İLƏ ƏMƏKDAŞLIĞA GÖRƏ SAXLANILIB

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Xarkov vilayətinin Kupyanski rayon şurasının deputatını Rusiya ilə əməkdaşlığa görə saxlayıb.

“Xarkov vilayətində təhlükəsizlik xidməti məmurlar arasında daha bir düşmən əlaltısını ifşa etdi”, – UTX cümə axşamı Telegram kanalında yayılan məlumatında ​​bildirib.

UTX aydınlaşdırıb ki, bu, yerli süd konserv zavodunun direktoru olan Kupyanski rayon şurasının deputatıdır. Xidmətdən verilən məlumata görə, o, könüllü olaraq Rusiya Federasiyasının nümayəndələri ilə əməkdaşlıq edib və onlara şəxsi müəssisəsindən ərzaq məhsulları verib.

“Toplanmış sübutlar əsasında UTX  deputatı Kupyanskda saxlayıb”, – təhlükəsizlik xidməti vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!