“Rusiya ABŞ və Ukraynanın iştirakı ilə texniki səviyyədə üçtərəfli sülh danışıqlarının keçirilməsini dəstəkləyib”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadka xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib ki, Kiyev bu barədə məlumatı ABŞ tərəfindən alıb. “Amerika tərəfi görüşün mümkün qədər tez keçirilməsini təklif edir və biz bu təşəbbüsü dəstəkləyirik. Hələlik görüşün dəqiq tarixini bilmirəm. Gündəliyin əsas məqsədi müharibəyə son qoymaq, sülhü yaxınlaşdırmaq və liderlər səviyyəsində görüş üçün bütün hazırlıqları görməkdir”.
Zelenski bildirib ki, ölkəsinin nümayəndələri müharibənin başa çatmasını sürətləndirmək üçün ABŞ və Rusiya təmsilçiləri ilə danışıqlar aparacaqlar. Onun fikrincə, üçtərəfli görüş ən geci noyabrın əvvəlində keçirilməlidir. O, Ukraynanın atəşkəs, müharibənin dayandırılması, enerji infrastrukturu üzrə qarşılıqlı hücumların dayandırılması, humanitar təşəbbüslər və hərbi əsirlərin qaytarılması ilə bağlı təklifləri dəstəkləyəcəyini vurğulayıb. Sitat: “Bütün bu danışıqların əsas təşəbbüsü və ən mühüm əhəmiyyəti odur ki, mümkün qədər tez görüşmək və işə başlamaqdır… Və sülh prosesində irəliləyiş əldə olunması üçün ABŞ, Rusiya və Ukrayna prezidentlərinin görüşünün təşkili vacibdir, belə bir görüşdə Avropanın da təmsil olunması vacibdir…”.
A.Məmmədli







