Əsas məzmuna keç

“Ukraynadakı müharibənin başa çatmasına heç vaxt olmadığı qədər yaxınlaşmışıq”

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin nizamlanması istiqamətində danışıqların indiyədək ən perspektivli mərhələyə çatdığını hesab edir. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib. ABŞ Prezidenti Rusiya lideri Vladimir Putinlə Ukraynadakı müharibənin dayandırılması məsələsini əvvəllər də müzakirə etdiyini xatırladıb. Sitat: “Yeri gəlmişkən, biz buna yaxınlaşırıq. Ola bilsin ki, indi heç vaxt olmadığı qədər yaxınıq”. O, Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Sankt-Peterburqda keçirdiyi görüşə də münasibət bildirib. Trampın sözlərinə görə, Vaşinqton və Moskva arasında diplomatik təmasların intensivləşdiyi bir vaxtda sülh prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinmək lazımdır. “İstəyəcəyim son şey münaqişənin başa çatmasına yaxınlaşdığımız bir vaxtda hər şeyi alt-üst etməkdir”. Tramp hazırkı mərhələdə əsas məqsədinin danışıqlar prosesini qorumaq və müharibənin dayandırılmasına nail olmaq olduğunu bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…