Ankaranın Altındağ rayonunda gecə saatlarında dəhşətli qətl baş verib. Mehmet Özgü (45) keçmiş otaq yoldaşı Serkan Yılmazı (44) bıçaqlayaraq öldürüb. Qətldən sonra Özgü Yılmazın yerdə qan içində uzandığı anı mobil telefonu ilə çəkib və görüntüləri sosial media hesabında paylaşıb. O, hadisə yerində tutulub.
Hadisə gecə saatlarında Altındağ rayonunun Hacı Bayram məhəlləsində baş verib.
Tezadlar.az xəbər verir ki, iddialara görə, sürücülük vəsiqəsi olmayan taksi sürücüsü kimi çalışan Mehmet Özgü ilə 44 yaşlı Serkan Yılmazın əvvəllər spirtli içki qəbulu üzündən mübahisə etdiyi və bu da aralarında düşmənçiliyə səbəb olduğu bildirilir.
Yılmazın artıq sərnişinləri ona yönləndirməyəcəyini deməsindən sonra Özgü bir qəhvəxanada Serkan Yılmazla yenidən mübahisə edib.
Mübahisə zamanı Özgü yanında olan silahla Yılmaza atəş açıb. Güllə Yılmazın ayağına dəyib.
Daha sonra Özgü bıçağını götürüb Yılmazın boğazını kəsib və ürəyindən bıçaqlayıb. Ağır yaralanan Yılmaz hadisə yerində ölüb.
VƏHŞİLİYİ SOSİAL MEDİADA PAYLAŞDI
Qətldən sonra Mehmet Özgü Yılmazın yerdə qan içində uzandığı anları lentə alıb və videonu sosial media hesabında paylaşıb. Bildirilib ki, Özgü öz paylaşımında Yılmazın dostu S.Y.-yə qarşı da təhdidlər edib.
Hadisə ilə bağlı məlumatdan sonra Ankara Polis İdarəsinin Cinayət Bürosundan qruplar əraziyə göndərilib və şübhəli hadisə yerində saxlanılıb.
Serkan Yılmazın cansız bədəni yarılma üçün Ankara Məhkəmə Tibb İnstitutunun morquna aparılıb.
Hadisə ilə bağlı araşdırma başlanıb.
ELBAR







