SpaceX-in baş direktoru Elon Mask Starlink peyk internet sistemindən dron əməliyyatlarında insanların öldürülməsi üçün istifadəsini müdafiə edərək, Ukrayna ordusunun xidmət şərtlərini pozduğunu və bu istifadəyə imkan verən boşluğun ötən həftə düzəldildiyini iddia edib.
Tezadlar.az xəbər verir ki, Mask bu məsələ ilə bağlı X platforması vasitəsilə açıqlama verib.
Mask Starlink peyk internet sisteminin Ukrayna ordusu tərəfindən dron əməliyyatlarında insanların öldürülməsi üçün istifadəsinə heç vaxt icazə verilmədiyini bildirib və Ukrayna ordusunun xidmət şərtlərini pozduğunu iddia edib. O, həmçinin sistemdəki bu cür istifadəyə icazə verən boşluğun ötən həftə düzəldildiyini söyləyib.
“Əgər Starlink bağlanarsa, Ukraynanın cəbhə xətti dərhal çökəcək”
Mask Starlink-in Ukraynanın müdafiəsi üçün vacib olduğunu iddia edərək, ən azı indilik siqnalın kəsilməsi və ya fiziki hücumlarla məhv edilə bilməyən yeganə sistem olduğunu iddia edib.
Mask “Əgər Starlink bağlanarsa, Ukraynanın cəbhə xətti dərhal çökəcək” deyib. “Bu, təhdid deyil, sadəcə həqiqətdir”, – deyə o bildirib.
O, həmçinin SpaceX-in Ukraynanın müdafiəsinə “dünyadakı digər özəl şirkətlərdən daha çox töhfə verdiyini” iddia edib.
“Starshield-ə gəldikdə isə, o, ABŞ-ın nəzarəti altındadır”
O, Starlink-dən fərqli bir sistem olan Starshield-in ABŞ hökumətinin nəzarəti altında olduğunu və onun istifadəsi ilə bağlı qərarların tamamilə ABŞ administrasiyasından asılı olduğunu bildirib.
ABŞ mediasında əvvəlki xəbərlərdə Maskın Starlink vasitəsilə Ukrayna ordusuna göstərilən internet xidmətinin yavaşlatılmasını əmr etdiyi iddia olunurdu.
Lakin Ukrayna Prezidenti Volodimir Zelenski Starlink-in tamamilə bağlanmadığını, lakin sürət məhdudiyyətlərinin hərbi və humanitar əməliyyatlarda bəzi məhdudiyyətlərə səbəb olduğunu və yavaşlamış xidmətin sonradan məhdudiyyətdən əvvəlki sürətinə qayıtdığını bildirib.
ELBAR







