Vinisius Juniorun oktyabrın 11-də ayrıldığı keçmiş sevgilisi Virciniya Fonseka indi üç uşağının atası olan kişi ilə nişanlanıb.
Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, Virciniya tezliklə evlənəcəklərini açıqlayıb.
Oktyabrın 11-də “Real”ın braziliyalı ulduzu Vinisius Juniorla yollarını ayıran Virciniya Fonseka şəxsi həyatındakı təəccüblü hadisə ilə gündəmə gəlib. Ayrılıqdan sonra çox vaxt itirməyən məşhur şəxsi həyatı ilə bağlı radikal bir qərar verib.

Virciniya Fonseka, ayrıldıqdan qısa müddət sonra üç uşağının atası olan keçmiş partnyoru ilə nişanlandığını elan edib.
Xəbəri sosial mediada və yaxın ətrafı vasitəsilə paylaşan Virciniya, çox tezliklə evlənəcəklərini açıqlayıb. Ayrılıqdan dərhal sonra verilən bu qəfil nişan və evlilik qərarı əyləncə və idman dünyasında ajiotaj yaradıb.







