Əsas məzmuna keç

Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda, kanalın yaxınlığında aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən:

– 210 nömrəli marşrut Hövsan qəsəbəsi – Hövsan bağları istiqamətində;

– 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası – Hövsan bağları istiqamətində;

– 215 nömrəli marşrut Türkan qəsəbəsi – Türkan bağları – Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.

————

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, yolun kanal yaxınlığında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar noyabrın 3-də saat 07:00-dan 23:00-dək nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülərə alternativ yol kimi Zığ şossesindən (Beton yol) istifadə etmək tövsiyə olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…