Əsas məzmuna keç

Dəfələrlə izibati qaydada həbs edilən tiktoker “Raufizm” bu dəfə 1 ay “istirahətə” göndərildi ki, bəlkə…

TikTok-da canlı yayım açaraq nalayiq ifadələr işlədən daha bir şəxs məsuliyyətə cəlb olunub.

Tezadlar.az   xəbər verir ki, “Raufizm” ləqəbi ilə tanınan Rauf Ağaquliyev Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sosial şəbəkədə ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkət edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Qeyd edək ki, R.Ağaquliyev daha əvvəl də eyni əməllərə görə inzibatə qaydada həbs edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…