Əsas məzmuna keç

Hansı vəzifəli şəxslər hava limanlarında VİP salonlardan istifadə edə bilər? – yeni siyahı

VİP SALON AEROPORT

“Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nın, “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nın və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarında dəyişikliklər edilib.

Bu barədə Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Daxili hava daşımaları üzrə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi, Naxçıvan hərbi prokuroru, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin rəisi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı, Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, Naxçıvan Dövlət Universitetinin rektoru siyahıya əlavə edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…