Türkiyənin məşhur müğənnisi Seda Sayan “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara haqqında qalmaqallı açıqlamalar verib.
Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi Vanda Naranın boşandıqdan sonrakı davranışlarını şərh edərək onun əslində keçmiş həyat yoldaşı üçün deyil, itirdiyi rahat həyat üçün təəssüfləndiyini iddia edib.
“Vanda Nara itirdiyi komforta görə yanıb-yaxılır. Bir də belə bir var-dövlət mənbəyi tapa bilməz”, – Seda Sayan bildirib.
Müğənni Naranın Mauro İkardinin hələ də onun üçün darıxdığını düşündüyünü irəli sürüb.
“İkardinin əzab çəkdiyini, onun üçün darıxdığını zənn edir. Halbuki belə bir şey yoxdur. Kişi olduqca xoşbəxtdir. Həyatında da çox gözəl, cazibədar bir qadın var”, – sənətçi əlavə edib.
Seda Sayanın keçmiş cütlüyün şəxsi həyatı ilə bağlı bu açıqlamaları Türkiyə maqazin gündəmində diqqət çəkib.







