Əsas məzmuna keç

Tramp: İrana zərbə endirmək üçün təcili planımız yoxdur

Tramp İrana yaxın vaxtlarda hücum etməyi planlaşdırmadıqlarını söyləyib. Bununla belə, o, lazım gələrsə, hərbi əməliyyatlara hazır olduqlarını vurğulayıb.

Tezadlar.az xəbər verir ki, ABŞ-da aralıq konqres seçkiləri davam edərkən Britaniya mətbuatına danışan Prezident Donald Tramp İran məsələsi ilə bağlı açıqlamalar verib.

Tehranla münasibətlərin “əla” olduğunu deyən Tramp ABŞ-nin İrana hücum etmək üçün “təcili planının” olmadığını söyləyib.

Prezident Tramp İranla mövcud gərginlik vəziyyətindən “məmnun” olduğunu bildirərək, lazım gələrsə, daha çox müharibəyə hazır olduğunu vurğulayıb.

İsrailin Baş naziri Binyamin Netanyahunun bu həftə hücumla bağlı güclü işarələri barədə soruşulduqda, Tramp “Hazıram, hazırıq. Lazım gələrsə, hərəkətə keçməyə hazırıq, amma bunun üçün bir səbəb olmaya bilər” cavabını verib.

Aralıq seçkilərdən sonra enerji qiymətlərinin sürətlə düşəcəyini iddia edən Tramp hazırda Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neftin keçdiyini və ABŞ-nin İran limanlarını blokadasının Tehranı iqtisadi cəhətdən “boğurduğunu” iddia edib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…