Əsas məzmuna keç

Hökumət və xüsusi dövlət rabitəsi xidmətlərinin abunə haqqı müəyyənləşdi

Hökumət rabitəsi və xüsusi dövlət rabitəsi xidmətləri üzrə tariflər təsdiqlənib.

Bununla bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, hökumət rabitəsinə qoşulma və ya yerdəyişmə haqqı 100 manat, aylıq abunə haqqı isə 30 manat müəyyənləşdirilib.

Xüsusi dövlət rabitəsinə qoşulma və ya yerdəyişmə üçün tarif 50 manat, aylıq abunə haqqı 20 manat təşkil edir.

Dövlətlərarası hökumət rabitəsindən istifadə üçün aylıq abunə haqqı 50 manat, mobil xüsusi dövlət rabitəsindən istifadə üçün isə 84 manat müəyyən edilib.

Qeyd olunan tariflərə ƏDV daxil deyil.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…