Atəşkəsə baxmayaraq, İsrail ordusunun Qəzza zolağına etdiyi hücumlarda son 24 saatda üç nəfər həyatını itirib.
Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzzaya hücumları nəticəsində itkilər barədə son məlumatlar paylaşılıb.
Atəşkəsə baxmayaraq, son 24 saat ərzində Qəzzada 3 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilib.
Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə mindiyindən bəri, İsrailin Qəzzaya hücumlarında 1602 nəfər həyatını itirib, 5794 nəfər yaralanıb və 847 nəfərin cəsədi dağıntılar altından çıxarılıb.
2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayının 74618 nəfərə çatdığı, 175920 nəfərin yaralandığı bildirilir.
Qəzza zolağında hələ də dağıntılar altında minlərlə cəsədin olduğu bildirilir.
ELBAR







