Əsas məzmuna keç

Netanyahunun ofisi Trampın İsrailə yardımın dayandırılması ilə bağlı açıqlamasına aydınlıq gətirdi

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi ABŞ Prezidenti Donald Trampın yəhudi dövlətinə illik 4 milyard dollarlıq maliyyə dəstəyinin dayandırılması ilə bağlı açıqlamasını yardımdan tərəfdaşlığa keçid kimi izah edib.

“Baş nazir Netanyahu və Prezident Tramp tərəfindən başlanan yardımdan tərəfdaşlığa keçid ikitərəfli münasibətlərin gücünü və mürəkkəbliyini, eləcə də onun zamanla uyğunlaşmaq və güclü qalmaq qabiliyyətini nümayiş etdirir”, – deyə İsrailin Baş nazirinin ofisi X-də dərc olunmuş açıqlamada bildirib.

Tezadlar.az-ın məlumatına görə, Netanyahunun ofisi qeyd edib ki, “ABŞ-ın İsrailə hərbi yardımı həmişə ikipartiyalı (Respublikaçı və Demokrat – RED.) razılaşmanın nəticəsi olub”.

“İsrail bundan (ABŞ hərbi yardımı – RED.) həm özünü müdafiə etmək, həm də Amerika və Qərbi təhdid edən düşmənlərə qarşı durmaq üçün istifadə edib”, – deyə İsrailin Baş nazirinin ofisi bildirib və əlavə edib ki, “bu gün İsrailin güclü və sabit iqtisadiyyatı var”.

3 noyabrda Tramp “Fox News”-da ABŞ-nin bu ilin sonuna qədər İsrailə ildə təxminən 4 milyard dollar məbləğində maliyyələşdirməni dayandıracağını elan edib. O, bu qərarın Netanyahu ilə bir neçə ay əvvəl razılaşdırıldığını iddia edib. ABŞ-nin baş naziri konkret yardım sahəsini dəqiqləşdirməyib. Lakin Tramp maliyyələşdirmənin kəsilməsi ilə bağlı müzakirənin İsrailin baş naziri tərəfindən başladığını və İsrail tərəfinin qərarla razılaşdığını bildirib.

2016-cı ildə ABŞ və İsrail nümayəndələri təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar. Sənədə əsasən, ABŞ-nin yəhudi dövlətinə ümumi yardımı 2018-ci ilin sonu ilə 2028-ci il arasında 38 milyard dollara çatmalı idi. İsrail hər il 3,3 milyard dollar, üstəgəl raketdən müdafiə üçün əlavə 500 milyon dollar alacaqdı. Raketdən müdafiə bəndi bu memorandumda ilk dəfə istifadə olunub.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…