Əsas məzmuna keç

Bölgələrdə güclü qərb küləyi gözlənilir

ca f fec a dfbad

Sabah Azərbaycanda güclü külək əsəcək.

Tezadlar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 7-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Neftçala, Salyan, Qəbələ, İsmayıllı, Göyçay, Ucar, Ağdaş, Ağsu, Kürdəmir, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…