Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Antonov dövlət müəssisəsi Ukraynanın dünyanın ən böyük An-225 “Mriya” yük təyyarəsinin istehsalına başlaması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Bu barədə şirkət rəsmi Twitter hesabında yazıb.
Antonov yeni An-225 “Mriya” təyyarəsinin inşasını inkar edib və Almaniyanın “Bild” nəşrinin və bir sıra Ukrayna KİV-lərinin qeyri-dəqiqlikə yol verdiyini vurğulayıb. Şirkət “bu istiqamətdə layihələndirmə işlərinin” yenicə başladığını açıqlayıb.
İstehsalçının sözlərinə görə, hazırda ikinci təyyarənin yığılması üçün istifadə oluna biləcək komponentlərin təxminən 30 faizi hazırdır.
“Təyyarənin tikintisinin dəyərinin ən azı 500 milyon avro olduğu təxmin edilir. Lakin konkret məbləğ haqqında danışmaq hələ tezdir”, – deyə şirkət bildirib.
Bundan əvvəl Ukraynanın ikinci An-225 “Mriya” təyyarəsinin tikintisinə başladığı bildirilirdi. “Bild” qəzeti “gizli yerdə iş gedir” yazıb.
E.ŞİRİNOV