Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən birgə əməliyyat tədbirləri ilə Kiş kəndi ərazisində ağacları qanunsuz kəsməkdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.
Tezadlar.az xatırladır ki, araşdırmalar zamanı kəsilmiş ağacların bəzilərinin 100–150 yaşında olduğu, onların emal edilərək satışının həyata keçirildiyi müəyyən edilib.
Ağacların və digər yaşıllıqların qanunsuz kəsilməsi, məhv edilməsi və zədələnməsi yolverilməzdir. Bu cür əməllər təbiətə və ekoloji tarazlığa zərər vurmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə səbəb ola bilər.







