Əsas məzmuna keç

Netanyahuya milli təhlükəsizliyi təhlükəyə atmamaq xəbərdarlığı

İsraildəki müxalifət blokunun tərkib hissəsi olan İsrail Evimiz Partiyasının lideri Aviqdor Liberman Baş nazir Benyamin Netanyahunu ölkəni müharibəyə sürükləyə biləcək təhlükəsizlik qərarları verməkdən çəkindirib.

Tezadlar.az xəbər verir ki, Liberman bu məsələ ilə bağlı açıq məktub dərc edib.

Netanyahunun rəhbərlik etdiyi müvəqqəti hökumətə ünvanladığı məktubda Liberman təhlükəsizlik orqanlarının və parlamentin təsdiqi olmadan milli təhlükəsizliyi təhlükəyə atacaq hərbi qərarlar verməkdən çəkindirib.

Liberman bildirib ki, “Müvəqqəti hökumətin parlament nəzarəti və bütün təhlükəsizlik orqanlarının tam təsdiqi olmadan ölkəni müharibəyə sürükləyə biləcək qərarlar qəbul etmək səlahiyyəti yoxdur. Xüsusilə vurğulayıram: bütün təhlükəsizlik orqanlarının tam təsdiqi.”

Netanyahuya oxşar xəbərdarlıq Eisenkotdan da gəldi

Netanyahu hökumətinə oxşar xəbərdarlıq dünən yeni hökuməti formalaşdırmaq vəzifəsi daşıyan Yaşar Partiyasının lideri Qadi Eisenkotdan da gəlib.

Netanyahuya göndərdiyi məktubda Eisenkot bildirib ki, “Yeni hökumətin andiçmə mərasiminə qədər gözləyə biləcək təhlükəli addımlara qarşı təmkinli və ehtiyatlı olun”.

Eisenkotun xəbərdarlıqlarına cavab olaraq, müdafiə naziri Yisrael Katz Qəzza zolağına, Livana, Suriyaya və Qərb sahilinə hücumlar üçün müxalifətin və ya hər hansı bir qanuni orqanın təsdiqinə ehtiyac duymadıqlarını iddia edib.

Eisenkot hökumət qurmaq üçün müxalifət liderləri ilə danışıqları davam etdirsə də, mətbuatda Baş nazir Netanyahunun ABŞ prezidenti Donald Trampa “hər gün” zəng edərək onu İrana yeni hücumlar etməyə inandırdığı bildirilirdi.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…