Əsas məzmuna keç

Tramp İranla müharibəni udduğunu bildirib- SOS

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, Tramp buna baxmayaraq, ABŞ-ın Yaxın Şərqdə hərbi qüvvələrini yüksək hazırlıq vəziyyətində saxladığını və bunun ölkə büdcəsinə milyardlarla dollara başa gəldiyini deyib.

Tramp bildirib ki, ABŞ tam qələbə əldə etməlidir: “Biz qalib gəldik. İndi məsələ bunun nə vaxt başa çatdırılacağıdır. Biz tam qələbə əldə etməliyik. 93 faizlik deyil, tam qələbə”.

Tramp həmçinin ABŞ-ın Yaxın Şərqdə müdafiə etdiyi müttəfiqlərin müharibə ilə bağlı bütün xərcləri ABŞ-a geri ödəyəcəyini deyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…