Vəkil Raman Abışov həbs edilib.
Tezadlar.az xəbər verir ki, Raman Abışov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Sozial şəbəkələrdə yayılan məlumata görə vəkil hədə-qorxu ilə tələb etməkdə ittiham olunur. O bu gün məhkəməyə çıxarılıb.
Məhkəmədə R.Abışov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Raman Abışov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın vəkili olub. Raman Abışov Ramiz Mehdiyevin qızının əmlak məsələləri ilə bağlı hüquqlarını müdafiə edirdi.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiyev Ramiz Ənvər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsi qərara alınmışdır.







