Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin sürdüyü “VAZ-2104” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə zamanı “Opel”in sürücüsü, 1987-ci il təvəllüdlü Seymur Pəhləvan oğlu İsmayılov, həmçinin avtomobildə olan sərnişinlər – 2009-cu il təvəllüdlü Turan Elcan oğlu Əsgərov və Əhəd Nəsimi oğlu Heydərzadə hadisə yerində ölüblər.
Qəza nəticəsində “VAZ-2104”ün sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Həsənqulu oğlu Mustafayev və onun 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva ağır xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Xəsarət alan 4 nəfər (3 kişi 1 qadın) 13.11.2026-cı il tarixində saat 23:20 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərdən 1 nəfərin müalicəsi Cərrahiyyə şöbəsində, 3 nəfərin isə Reanimasiya şöbəsində davam etdirilir.
Xəsarət alan şəxslərdən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir.







