Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Aİ Rusiyadan hazırda qoşunlarının yerləşdiyi bütün işğal olunmuş ərazilərdən hərbi qüvvələrini çıxarmağı tələb edir. Tezadlar.az xəbər verir ki, Kallas bu barədə “Euroscope” nəşrinin sualını cavablandırarkən danışıb. “Bizim maksimum tələblərimizə Rusiyanın hazırda qoşunlarının yerləşdiyi bütün ölkələrdən hərbi qüvvələrini çıxarması da daxildir. Bir daha qeyd edirəm ki, BMT Nizamnaməmiz var və ona əməl etməliyik. Bəli, bu tələb də gündəliyimizdədir”, – deyə Kallas bildirib.
Gürcüstan hökumətinin Əlaqəlilik Sammitində iştirakdan imtina etməsini necə qiymətləndirdiyi barədə suala cavabında isə Kallas qeyd edib ki, Aİ-nin Qara dəniz regionu, Cənubi Qafqaz və Mərkəzi Asiya tərəfdaşları ilə müzakirə edəcəyi çoxsaylı məsələlər var. “Bəzən tərəfdaşlarımızdan bəziləri görüşlərdə iştirak etmirlər. Bununla belə, bir çox nazir görüşlərə gəlir və ümid edirəm ki, gələcəkdə konkret, real nəticələr əldə edə biləcəyik”, – deyə Kallas əlavə edib.
“Aİ Rusiyadan bütün işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmağı tələb edir”






