Əsas məzmuna keç

Ər-Riyadda erkən xəbərdarlıq sistemi işə salınıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Milli Fövqəladə Erkən Xəbərdarlıq Platforması vasitəsilə təhlükə xəbərdarlığı verilib.

Tezadlar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsinin ABŞ-da yerləşən X şirkətinin sosial media hesabındakı açıqlamasında paytaxt Ər-Riyadda mümkün təhlükəyə qarşı erkən xəbərdarlıq sisteminin aktivləşdirildiyi bildirilib.

Mülki Müdafiə İdarəsinin qısa müddət sonra verdiyi başqa bir açıqlamada isə Ər-Riyaddakı təhlükənin keçdiyi bildirilib.

Təhlükənin mahiyyəti göstərilməyən açıqlamada vətəndaşlardan rəsmi orqanların təlimatlarına əməl etməyə davam etmələri, izdiham içində toplaşmaqdan və şəkil çəkdirməkdən çəkinmələri istənilib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının Yəməndə husilərə qarşı hərbi əməliyyatlarına cavab olaraq husilər tez-tez Səudiyyə Ərəbistanının sərhəd bölgələrini və cənub əyalətlərini hədəf alırlar.

Bölgədəki hərbi ərazilər və vacib infrastruktur obyektləri bəzən Yəmən sərhədindən atılan pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərin hücumlarına məruz qalır.

İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ildən bəri paytaxt Səna da daxil olmaqla Yəmənin bəzi hissələrini nəzarətdə saxlayırlar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 2015-ci ildən bəri Yəmən hökumətini dəstəkləyir.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…