3 noyabr ara seçkilərində ölkənin ilk müsəlman senatoru seçilən Misir əsilli Əbdül əl-Səyid ABŞ prezidenti Donald Trampa “həbibi (əzizim – red.)” deyə müraciət edərək hamı üçün səhiyyə xidməti göstərmək üçün birgə işləməyi təklif edib.
Tezadlar.az xəbər verir ki, sosial media hesabında paylaşdığı videoda Səyid Trampa ərəb dilində “həbibi (əzizim)” deyə müraciət edib.
“Donald, həbibi, ara seçkilər çətin keçdi. Başa düşürəm, amma sən ABŞ tarixində ən populyar prezident olmaq istəyirsən” deyən Səyid bu məsələ ilə bağlı Trampa təklif verib.
Səyid ABŞ prezidentinin adını daşıyan hər kəs üçün səhiyyə xidməti göstərməyi hədəfləyən “Hamı üçün Tramp Qayğısı” adlı siyasət üzərində birgə işləməyə hazır olduğunu bildirib.
Videoda Səyid Trampın özünün süni intellekt tərəfindən yaradılan həkim imicinə və uzunmüddətli perspektivdə vətəndaşlığa çıxış imkanı təmin edən “Tramp Qızıl Kartı” proqramına istinad edərək deyib: “İnsanlar həqiqətən səhiyyə xidməti istəyirlər. Onun adını hər yerə yaza, hətta onlara qızıl kartlar da verə bilərsiniz.”
Səyid videosunun təsvirində bildirib ki, “Donald, bu, bu xəstələri sağaltmaq üçün bir şansdır. (Bu süni intellekt vizualında olduğu kimi, hansının olduğunu bilirsiniz)”.
Səyid həmçinin J.D.Vensə “həbibi” (əzizim) deyə müraciət edib.
ABŞ-da ara seçkilərdə qələbə qazandıqdan sonra etdiyi çıxışda Səyid ABŞ-nin vitse-prezidenti J.D.Vensə müraciət edərək deyib: “J.D, həbibi (əzizim), konstitusiyaya görə yanvar ayında mənə and içməyə borclu olduğunuzda xoş bir istehza var”.
Səyid Konqresdəki səlahiyyət müddətinə başlamaq üçün 3 yanvar 2027-ci ildə and içəcək.
ELBAR







