İmişli rayonunda yerləşən Bəhrəmtəpə hidroqovşağında əsaslı yenidənqurma işləri davam etdirilir.
Tezadlar.az xəbər verir ki, təmir işləri ilə əlaqədar dekabrın 1-dən Araz çayından suvarma kanallarına suyun verilməsi müvəqqəti dayandırılacaq. Məhdudiyyətin təxminən iki ay davam edəcəyi gözlənilir.
1958-ci ildə istifadəyə verilən hidroqovşaq İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 168 min hektardan çox əkin sahəsini suvarma suyu ilə təmin edir.
Bəhrəmtəpə Hidroqovşağı İstismar İdarəsinin rəisi Cəlil Əliyev bildirib ki, yenidənqurma çərçivəsində hidrotexniki qurğular yenilənir, müasir idarəetmə sistemləri quraşdırılır.
İşlərin 2027-ci ilin iyununda başa çatdırılması planlaşdırılır. Bundan sonra suvarılan ərazilərin 240 min hektara çatdırılması nəzərdə tutulur.







