Ukrayna Baş Qərargahı Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilən Krımı Rusiyaya birləşdirən Krım körpüsünə “Neptun” tipli raketlərlə daha bir hücum təşkil etdiklərini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Baş Qərargahın yazılı açıqlamasında Krımı Rusiyaya birləşdirən Krım Körpüsünə yenidən “Neptun” tipli raketlərlə hücum edildiyi bildirilib.
Açıqlamada raketlərin körpüyə dəydiyi və dəmir yolu xəttinə zərər verdiyi bildirilib.
Açıqlamada körpünün Rusiyanın hərbi yük daşınmasında mühüm rol oynadığı vurğulanıb və son günlərdə Rusiya ordusunun nəqliyyat üçün istifadə etdiyi digər körpülərin də hədəfə alındığı qeyd edilib.
Krımdakı qondarma administrasiyanın rəhbəri Sergey Aksyonov da sosial media hesabında Ukrayna ordusunun Krım Körpüsünə daha bir hücum təşkil etdiyini açıqlayıb.
Körpüyə əvvəlki hücumlar
Ukrayna ordusunun bu həftənin əvvəlində Krım Körpüsünə də hücum edərək ona zərər verdiyi bildirilib.
Rusiya İstintaq Komitəsi hücumu “terror hücumu” kimi təsnif edərək istintaqa başlayıb.
Ukrayna ordusu həmçinin 2022 və 2023-cü illərdə Kerç körpüsü kimi də tanınan strateji əhəmiyyətli körpüyə hücumlar həyata keçirmişdi. Körpü Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı Rusiyaya birləşdirir.
ELBAR







