Əsas məzmuna keç

Putin Ankoricdə razılaşdırılan kompromislərdən danışıb

Rusiya və ABŞ arasında Ukraynadakı münaqişənin nizamlanması məsələsi üzrə anlaşma var.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Çin sədri Si Cinpinlə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.

“Ukraynanın nizamlanması üzrə kompromislər var, onlar ABŞ tərəfindən təklif olunub, biz onlarla, həm də, Ankoricdə razılaşmışıq”, – Putin deyib.

Rusiya lideri həmçinin bəyan edib ki, Donald Trampın Ukrayna münaqişəsinin həllinə və Rusiya ilə münasibətlərin yoluna qoyulmasına səmimi şəkildə can atdığına şübhə etmir.

Bununla belə, Rusiya Prezidenti hesab edir ki, Avropa İttifaqı və Ukrayna döyüş əməliyyatlarının dayandırılmasına dair kompromislərə və razılaşmalara hazır deyillər.

Rusiya Prezidenti vurğulayıb ki, ABŞ Moskvadan avropalıların Ukrayna üzrə danışıqlarda iştirakı ilə razılaşmasını israrla xahiş edir.

Dövlət başçısının fikrincə, Moskva Vaşinqtonun Ukraynanın təhlükəsizliyinin ümumavropa təhlükəsizliyinə daxil edilməli olması ilə bağlı yanaşması ilə razılaşıb.

Bununla yanaşı o bildirib ki, Rusiya tərəfi diplomatik kanallar vasitəsilə avropalılara onların mövqeyini müəyyənləşdirmək, daha sonra isə Ukrayna ilə dialoqun hansı formatda davam etdiriləcəyinə qərar vermək üçün Moskvaya gəlməyi təklif edib.

Putin əlavə edib ki, əgər Ukrayna münaqişəni başa çatdırmaq istəyirsə, o zaman amerikalılar tərəfindən hələ Ankoricdən əvvəl təklif olunan kompromislərlə razılaşmalıdır.

O həmçinin bildirib ki, Ukrayna üzrə danışıqların növbəti raundunun keçirilmə tarixləri hələ ki müəyyən edilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…