55 yaşlı amerikalı aktyor Con Hamm və 38 yaşlı həyat yoldaşı, aktrisa Anna Osceolanın ilk övladları dünyaya gəlib.
Tezadlar.az xəbər verir ki, cütlüyün oğul övladı olsa da digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Con və Anna 2015-ci ildə “Mad Men” serialının çəkiliş meydançasında tanış olublar. Lakin onların münasibətləri beş il sonra başlayıb. 2023-cü ilin qışında nişanlandıqlarını açıqlayan cütlük həmin ilin yayında Kaliforniyada ailə qurub.







