RİNN-in rəqəmsal hökumət siyasəti özünü doğruldubmu?
BMT-nin iki ildən bir dərc edilən növbəti “UN E-Government Survey 2026” hesabatı açıqlanıb.
Əslində, sektorda hamı bunu gözləyirdi. Uğurlu olacağı da öncədən bilinirdi.Amma bu dərəcədə olacağı, düzü, gözlənilmirdi.
Tezadlar.az xəbər verir ki, bunu
O vurğulayıb ki, Azərbaycan iki ildə 36 pillə irəliləyərək 193 ölkə arasında 38-ci yerə yüksəlib:
“Xatırladıram ki, Azərbaycan 2024-cü ildə 9 pillə irəliləyib 74-cü yerə yüksələndə RİNN-in səylərini qənaətbəxş saysam da, nəticənin potensialımıza uyğun olmadığını yazmışdım.
İndi isə dinamika belədir:
2020 – 70-ci yer
2022 – 83-cü yer
2024 – 74-cü yer
2026 – 38-ci yer
Yəni dörd ildə 45 pillə irəliləyiş olub”.
Ekspert diqqətə çatdırıb ki, BMT yalnız elektron xidmətləri deyil, telekommunikasiya infrastrukturunu və insan kapitalını da qiymətləndirir:
“2024–2026-cı illərdə ümumi indeks (EGDI) 16,3%, onlayn xidmətlər (OSI) 28,6%, telekommunikasiya infrastrukturu 9,4%, insan kapitalı isə 11,5% artıb.
BMT hesabatında Azərbaycanın inkişafına ayrıca toxunulur. myGov, rəqəmsal şəxsiyyət və sənədlər, məlumat mübadiləsi, dövlət sistemlərinin inteqrasiyası, Hökumət buludu və rəqəmsal idarəetmənin koordinasiyası ölkəmizin irəliləyişinə təsir edən istiqamətlər kimi göstərilir.
Bəs region ölkələrində vəziyyət necədir?
Qazaxıstan – 16 -cı yer
Özbəkistan – 32
Azərbaycan – 38
Rusiya – 50
Ermənistan – 55
Gürcüstan – 58
Qırğızıstan – 83
Belarus – 84
Göründüyü kimi, Azərbaycan Rusiya, Ermənistan və Gürcüstanı geridə qoyub. Qazaxıstan və Özbəkistan isə hələ öndədir”.
Bəs problemlər qalıbmı?
“2024-cü ildə insan kapitalı və elektron iştirakçılığı zəif istiqamətlər kimi qeyd etmişdim. İndi hər ikisində müsbət dəyişiklik var.
Amma vətəndaşların qərarların qəbulunda iştirakı, elektron məsləhətləşmələr, açıq məlumatlar və ictimai nəzarət imkanları hələ də xüsusi diqqət tələb edir.
Nəticə:
36 pilləlik yüksəliş ciddi, daha doğrusu çox ciddi uğurdur.
RİNN, İRİA və digər qurumların, kordinasiya qurumunun rəqəmsallaşma səyləri çox təqdirəlayiqdir.
Düşünürəm ki , ötən il və cari ilin əvvəli Prezidentin müəyyən etdiyi yeni rəqəmsal arxitektura, Rəqəmsal İnkişaf Şurasının yaradılması və sektorda koordinasiyanın gücləndirilməsi də rəqəmsal transformasiya proseslərinə əlavə dinamika qazandırıb”, – deyə o qeyd edib.






