Əsas məzmuna keç

Peruda 6,7 bal gücündə zəlzələ

Perunun Junin bölgəsində 6,7 bal gücündə zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6,7 bal gücündə zəlzələnin episentrinin Junin bölgəsindəki Carhuamayo yaşayış məntəqəsindən 9 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

108 kilometr dərinlikdə baş verən zəlzələ Juninlə həmsərhəd olan paytaxt Lima bölgəsində də hiss olunub.

Milli Mülki Müdafiə İnstitutu (INDECI) zəlzələdən sonra hələlik heç bir itki və ya maddi ziyan qeydə alınmadığını açıqlayıb.

ELBAR     

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…