İsveçrədə silah və hərbi texnika ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı referendum noyabrın 29-na təyin edilib.
“Bloomberg”in məlumatına görə, səsvermə Ukraynadakı müharibə fonunda ölkənin ənənəvi neytrallığı və Avropadakı müttəfiqləri ilə münasibətləri ətrafında müzakirələri daha da kəskinləşdirib.
Son sorğulara əsasən, dəyişiklikləri ölkə vətəndaşlarının 49 faizi dəstəkləyir. Təşəbbüsün tərəfdarları və əleyhdarları arasındakı fərq isə üç faiz bəndindən çox deyil.
Hərbi materiallar haqqında qanuna dəyişikliklər ötən ilin sonunda parlament tərəfindən təsdiqlənib. Lakin dəyişikliklərin əleyhdarları referendum keçirilməsinə nail olublar.
Onlar qaydaların yumşaldılmasının İsveçrənin silahların son alıcılarına nəzarət imkanlarını zəiflədəcəyindən və silahların onları terrorçu qruplaşmalara ötürə biləcək dövlətlərin əlinə keçməsi riskini yaradacağından ehtiyat edirlər.







