Xəbər verdiyimiz kimi, ötən gün 15 yaşlı qız 17 yaşlı oğlan tərəfindən qaçırılıb.
Bu gün polis Sabirabadda qaçırılan azyaşlı qızı tapıb.
Tezadlar.az xəbər verir ki, polis əməkdaşları onların kənd ərazisində gizləndikləri yeri müəyyən ediblər və 2011-ci il təvəllüdlü qız və 2009-cu il təvəllüdlü oğlan tapılaraq ailələrinə təhvil veriliblər.
Xatırladaq ki, azyaşlı qızın evlənmək məqsədilə qaçırılması barədə atası polisə müraciət etmişdi.
Qeyd edək polis araşdırma aparır.







