Əsas məzmuna keç

Ağdamın Quzanlı qəsəbəsində küçə itləri məktəbli qıza xəsarət yetirib – hadisənin fotogörüntüləri

Ağdam rayonunda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.

Tezadlar.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Belə ki, Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra evə gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Hadisəni görən yaxınlıqdakı sakinlər dərhal müdaxilə edərək qızı itlərin hücumundan xilas ediblər.

Hücum nəticəsində məktəblinin ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.

Qeyd edək ki, hadisə ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…