Əsas məzmuna keç

Bakıda leysan yağır, dolu düşdü

Bakıda qeyri-sabit hava şəraiti müşahidə olunur.

Tezadlar.az xəbər verir ki, paytaxtın bir sıra ərazilərində güclü küləklə müşayiət olunan leysan xarakterli yağış yağır. Bəzi ərazilərdə isə dolu düşüb.

Yağış və külək şəhərin müxtəlif hissələrində müşahidə olunur.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuzda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…