Əsas məzmuna keç

Qoyun ixracından milyonlar qazanan Gürcüstan – idxalçılar sırasında Azərbaycan ikincidir…

2026-cı ilin ilk 10 ayında Gürcüstandan 31,8 milyon ABŞ dolları dəyərində qoyun ixrac olunub.

Tezadlar.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

 

Gürcüstan cari ilin 10 ayı ərzində 234 min baş qoyun ixrac edib

Məlumata əsasən, 2026-cı ilin yanvar-oktyabr aylarında ölkədən ümumilikdə 234 min baş qoyun ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan qoyunların sayı 8% (17 min baş), ixracın ümumi dəyəri isə 40% (9 milyon ABŞ dolları) artıb. Belə ki, 2025-ci ilin müvafiq dövründə qoyun ixracının dəyəri 22,757 milyon ABŞ dolları təşkil edib.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-oktyabr aylarında qoyunlar 7 ölkəyə ixrac edilib:

– Səudiyyə Ərəbistanı – 11,736 milyon ABŞ dolları;

– Azərbaycan – 9,930 milyon ABŞ dolları;

– İraq – 4,436 milyon ABŞ dolları;

– Küveyt – 2,276 milyon ABŞ dolları;

– Qətər – 2,223 milyon ABŞ dolları;

– Liviya – 1,019 milyon ABŞ dolları;

– Özbəkistan – 131 min ABŞ dolları.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…