Əsas məzmuna keç

Azyaşlı bacıların ölümü ilə bağlı TƏBİB yayıb: Həkiməqədər ölüm faktı qeydə alınıb…

Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. 

Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.

Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində  2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23 noyabr tarixində dünyasını dəyişib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…