Fransanın Agence France-Presse (AFP) xəbər agentliyinin kiberhücuma məruz qaldığı məlum olub.
Tezadlar.az xəbər verir ki, milli medianın məlumatına görə, AFP 25-26 noyabr gecəsi kiberhücuma məruz qalıb.
AFP rəhbərliyinin açıqlamasında kiberhücumun agentliyin foto və video məzmununu paylaşdığı AFP Forum platformasını hədəf aldığı bildirilir.
Məlumatda əlavə edilib ki, hücum aşkarlanan kimi agentliyin komandaları platformanı qorumaq üçün onu deaktiv edib və “Ehtiyat tədbiri olaraq AFP Forum müvəqqəti olaraq əlçatmazdır” deyib.
Məlumatda kiberhücumla bağlı araşdırmaların davam etdiyi vurğulanıb və əlavə edilib: “Bu mərhələdə bu hücumu törədənlərin kimliyi barədə heç bir məlumatımız yoxdur”.
ELBAR







