Əsas məzmuna keç

“Beşiktaş”ın İsrail klubu ilə oyunu dava ilə nəticələndi

Dünən axşam UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Beşiktaş”-“Hapoel” (Beer-Şeva) davalı qarşılaşması bərpa olunub. Tezadlar.az TRT- Sport- a istinadla xəbər verir ki, Gürcüstanın Barumi şəhərində keçirilən oyun “Beşiktaş” azarkeşləri ilə polis arasında toqquşmalara görə yarımçıq dayandırılmışdı. UEFA Avropa Liqasının V turu çərçivəsində Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer Şeva” komandaları arasında keçirilən matçda gərginlik yaşanıb. Belə ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada azarkeşlər arasında dava  baş verib. Polis əməkdaşları “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə ediblər. Hadisədən sonra futbolçular təhlükəsizlik məqsədilə meydançanı tərk ediblər.

Nəhayət, xeyli fasilədən sonra oyun bərpa edilib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…