Əsas məzmuna keç

Aparıcı Fira Cəlilovanın bağ evi ilə bağlı iddialarla əlaqərar bir nəfər saxlanıldı

Ötən gecə aparıcı Fira Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edildiyini bildirib. xəbər verir ki, o, bu barədə “Instagram” hesabında paylaşım edib. Aparıcının sözlərinə görə, hadisə noyabrın 26-da saat 22:00 radələrində baş verib. Beş avtomobillə gələn təxminən 15 naməlum şəxs onun bağ evinə basqın edib. F. Cəlilova evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqların oğurlandığını iddia edib.

Aparıcı hadisədə iştirak etdiyi bildirilən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanlarını da açıqlayıb.

O, hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin təcili və obyektiv araşdırılmasını, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların məsuliyyətə cəlb olunmasını istəyib.

Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsində yerləşən bağ evi ilə bağlı iddialara aydınlıq gətirilib.

XXX

Tezadlar.az xəbər verir ki, media sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində axtarışda olan şəxsin yeri müəyyən olunub. Tədbirlərlə istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Əlihüseyn Hüseynov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…