Əsas məzmuna keç

Sosial şəbəkədə yayılan Hacıqabul–Bəhrəmtəpə–Mincivan yolunun görüntüsü ilə bağlı AAYDA-nın açıqlaması (VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama yayıb.

Tezadlar.az Agentliyin məlumatına istinadən xəbər verir ki, respublika əhəmiyyətli Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun mühafizə zolağından istifadə edilərək obyektə icazəsiz giriş-çıxış yolu təşkil olunub. AAYDA-nın tabeliyində fəaliyyət göstərən Avtomobil Yollarının Mühafizə Xidmətinin əməkdaşı pozuntunun aradan qaldırılmasını tələb edib.

AAYDA bildirib ki, qanunvericiliyə əsasən, respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində müəyyən edilir.

Agentliyin açıqlamasına görə, tələbin məqsədi avtomobil yollarından qanunvericiliyə uyğun istifadəni, yol infrastrukturunun qorunmasını və hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…