Ağsu rayonunda güclü külək nəticəsində qırılan çinar ağacı uşağın üzərinə düşüb.
Tezadlar.az xəbər verir ki, 2020-ci il təvəllüdlü Ramal Abdullayev atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən ağacın altında qalaraq ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.







