Əsas məzmuna keç

“Sədərək” ticarət mərkəzindən təkzib gəldi

Tezadlar.az-ın son buraxılışlarında sahibkarlara istinadla “Sədərək” və”Binə” ticarət mərkəzlərinin köçürülməsi, yerində universitetlər tikiləcəyi ilə bağlı məlumatlar yayımlanmışdı…

“Sədərək” ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim bu barədə “Təzadlar”a açıqlama göndərib. Açıqlamada deyilir:
“Son günlər sosial şəbəkələrdə “Sədərək” və”Binə” ticarət mərkəzlərinin köçürülməsi, yerində universitetlər tikiləcəyi ilə bağlı məlumatlar yayılıb.  Birmənalı olaraq vurğulayıram ki, bu tamamilə yanlış məlumatdır. Bu cür şayiələrə inanmaq lazım deyil. Bütün ictimaiyyətə çatdırırıq ki, “Sədərək” bu gün də fəaliyyətdədir və hər şey öz axarıyla davam etməkdədir.
Kəmaləddin Qədim,
“Sədərək” ticarət mərkəzinin mətbuat katibi”.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…