Gürcüstanda saxlanılan Türkiyə vətəndaşlarının əksəriyyəti azadlığa buraxılıb. Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata əsasən, vətəndaşlar Türkiyənin Gürcüstandakı səfirliyinin səyləri nəticəsində sərbəst buraxılıblar. Bundan əlavə, insidentlər zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən iki Türkiyə vətəndaşı Batumidə Türkiyənin Baş Konsulluğunun nümayəndələrinin nəzarəti altında xəstəxanadan evə buraxılıb.
Xatırladaq ki, Batumidə “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında keçirilən oyun zamanı “Beşiktaş” azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, azarkeşlərin bir qismi aqressiv davranış nümayiş etdirib, nalayiq ifadələr işlədib, müxtəlif əşyalar ataraq ictimai asayişi kobud şəkildə pozub, polisin qanuni tələblərinə tabe olmayıb və hüquq-mühafizə əməkdaşlarına fiziki müqavimət göstərib.







