Əsas məzmuna keç

Əli Əsədovun 70 illik yubileyidir – təltif edildi

Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

Sərəncama əsasən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə Əli Hidayət oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, 2019-cu il 8 oktyabr tarixindən Azərbaycan Respublikasının Baş naziridir. 2026-cı il noyabrın 30-da Əli Əsədovun 70 illik yubileyidir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…