18 Noyabr 2022 / 17:27

MOSKVA USQ-NİN ƏSGƏRLƏRİ TƏRƏFİNDƏN RUS ƏSİRLƏRİNİN EDAMINA CAVAB OLARAQ QİSAS ALACAĞINI BİLDİRİB

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova beynəlxalq təşkilatlardan rusiyalı məhbusların Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgərləri tərəfindən edam edilməsini pisləməyi və hərtərəfli araşdırma aparmağı tələb edib.

Onun şərhi Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

“Ukrayna silahlı qruplarının törətdiyi hər bir vəhşilik cəzasız qalmayacaq. Bütün günahkarlar və cinayətlərdə iştirak edənlər müəyyən ediləcək və layiqli cəzalarını alacaqlar. Heç kim qisasdan qurtula bilməyəcək”, o vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!