Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Noyabr 2022 / 06:47

“SAAKAŞVİLİYƏ AZADLIQ!”- TBİLİSİDƏ MİTİNQ

Ötən gün Gürcüstanın hökumət administrasiyası yaxınlığında eks prezident Mixeil Saakaşviliyə dəstək mitinqi keçirilib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, mitinqdə Saakaşvilinin ailə üzvləri, müxtəlif partiyaların üzvləri, vətəndaş fəalları və sadə vətəndaşlar iştirak ediblər. Mixeil Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, mitinq insan həyatını xilas etmək üçün keçirilir. Aksiyaya toplaşan etirazçılar bildiriblər ki, aksiyalar nəticə verənədək davam edəcək və növbəti etiraz aksiyası noyabrın 23-də, saat 18:00-da ölkə parlamenti önündə keçiriləcək.

Gürcüstan hökumətinin isə Saakaşvilini azad etmək fikri yox kimi görünür. 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!