Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Danışıqlar prosesi nəticəsində 50 rus hərbçisi Kiyevin nəzarətində olan ərazidən geri qayıdıb.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 24-də danışıqlar prosesi nəticəsində ölüm təhlükəsi ilə üzləşmiş 50 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – departamentdən bildirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, azad edilən hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat aviasiyasının təyyarələri ilə idarənin tibb müəssisələrində müalicə və reabilitasiya məqsədilə Moskvaya gətiriləcək.
“Azadlığa buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir”, – nazirlikdən bildirilib.
Əsirlərin əvvəlki dəyişdirilməsi noyabrın 23-də baş tutub. Rusiya Federasiyasının Müdafiə Nazirliyindən verilən məlumata görə, 35 rusiyalı hərbçi geri qaytarılıb.
E.ŞİRİNOV