Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Ə. Əlizadə eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin olunub. Amma Bünyad Səməd oğlu Hüseynovun geri çağrılması səbəbsiz deyil. Şübhəsiz ki, Azərbaycanla İran arasında diplomatik və siyasi sahədə heç vaxt problem olmayıb, amma sirr deyil ki, Ermənistanla təkcə 44 günlük müharibə zamanı və bundan sonrakı dövrlərdə İrandan düşmən ölkəyə müəmmalı yüklər daşınıb. Bu barədə İranda yaşayan azərbaycanlıların etirazları, paylaşdıqları vide və foto görüntülər dəfələrlə olmuşdur. Bunun fonunda səfir Bünyad Səməd oğlu Hüseynovun səsi görünməz olub. Niyə? Axı səfirliyin vəzifəsi həm də belə problemləri araşdırıb lazımi addımları atmaqdır…
A.Məmmədli