8 Avqust 2021 / 05:57

TüRKIYəDə DəHşəTLI AVTOBUS QəZASı: 14 NəFəR öLDü-FOTO

Türkiyədə hələ də tam ram edilməyən yanğınların üstündən bu gecə sərnişin avtobusu qəzaya uğrayıb. Haber-Türk-ün verdiyi görüntülərdən məlum olur ki, hadisə Bakı vaxtı ilə səhər üzü- saat 05.40 radələrində Balıkesir-Edremit yolunda baş verib. Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Hadisə yerinə həkim briqadası cəlb olunub, yaralılar xəstəxanalara daşınır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!